Tofiq Bəhramovun 90 illik yubileyi qeyd olunacaq

Sabah dünya şöhrətli azərbaycanlı hakim Tofiq Bəhramovun anadan olmasının 90 illik yubiley tədbirləri keçiriləcək.

Saat 12:00-da AFFA rəsmiləri, veteran və hazırda fəaliyyətini davam etdirən hakimlər, ölkə futbol ictimaiyyətinin nümayəndələri, tədbirə dəvət olunmuş sabiq FİFA referiləri Miroslav Stupar (Ukrayna), Nikolay Levnikov (Rusiya) və Vadim Juk (Belarus) Tofiq Bəhramovun məzarını ziyarət edəcəklər.  

Saat 14:00-da isə “Neftçi”nin veteranlardan ibarət komandası ilə hakimlərdən təşkil olunmuş komanda arasında Olimpiya Yığmalarının Təlim-Məşq Bazasında yoldaşlıq oyunu təşkil olunacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right