Eddi İsrafilov: "Buna görə Azərbaycanı seçdim"

Azərbaycan milli komandasının yeni üzvü Eddi İsrafilov İspaniyanın “Marca” nəşrinə müsahibə verib.

“Qranada”nın futbolçusu müsahibəsində İspaniyadakı yaşamından, milli komanda seçimindən və gələcək karyerasında bəhs edib.

- “Qranada”da işlərin necə gedir?

- Əla. Qranada çox xoşbəxtəm. Yaşayış üçün mükəmməl şəhərdir. Əsas heyətdə oynadığım vaxt daha çox sevinirəm. Lakin mən daha çox oynamaq istəyirəm. La Liqada ilk ilimdir və gələcəyə nikbin baxa bilərəm.

- Xoakin Kaparros haqqında fikirlərin necədir?

- Çox utancaq və mükəmməl insandır. Mən ona ömrüm boyu minnətdar olacam, çünki o La Liqada debüt etməyimə səbəb olub. Ümid edirəm ki, gələcək işləri uğurlu olacaq.

- 4 mövsüm ərzində Kamp Nou və bir çox müxtəlif stadionlarda çıxış etmisən. Özünü necə hiss edirsən?

- Arzularım həyata keçdi. Televizordan izlədiyim  və heç vaxt oynaya biləcəyimi düşünmədiyim stadionlarda oynamağı bacardım. Bu sadəcə möcüzədir.

- La Liqa və Sequnda arasındakı əsas fərq nədir?

- La Liqada çıxış edən komandalar daha səviyyəlidir və komandaların mövqelərində dəyişiklər var. Lakin Sequndadakı komandalar arasında səviyyə fərqi çoxdur. Orada oynamaq çətindir, amma gələcək üçün yaxşı şans yaradır.

- La Liqada oynayaraq arzularını həyata keçirdin. Gələcək hədəflərin nədir?

- La Liqada çempionluq uğrunda mübarizə aparmaq və dünyanın ən güclü futbolçuların mübarizə apardığı turnirdə iştirak etmək əsas hədəfimdir. Hədəflərin hər zaman böyük olmalıdır ki, insan və futbolçu kimi inkişaf edə biləsən.

- Sequndada “Molinon” stadionunda, La Liqada isə “San Mames”də debüt etdin. Bu iki möcüzəli oyunlar arasındakı fərq nə idi?

- Molinon mənim gələcəyim üçün yeni bir pillə idi. Həmin qarşılaşmada çox əsəbi idim. “San Mames”də isə diqqətimi çəkən tək bir şey var idi – “Hər yer qırmızı idi”.

“Almeriya” ilə qarşılaşma sənin üçün nə kəsb edir?

- Çox vacib qarşılaşmdadır. Çünki komanda yoldaşlarımın və mənim özümüzə güvəni artıra biləcək bir oyun ola bilər. Əgər qalib gəlsək bu, bizim üçün yeni başlanğıc olacaq.

- “Barselona”ya qarşı oynamaq daha yaxşıdır yoxsa, “Real”a?

- “Real” və “Barselona”ya qarşı oynamaq mənim uşaqlıq arzum olub. Bu komandaların futbolçularına qarşı oynamaq üçün 200 faizlik motivasiya ilə matça çıxıb, hər şeyin ortalığa qoymalısan.

Qarşıdan “Real”la oyun gəlir. Bu matçdan nə gözləyirsən?

- Bu oyuna çox ciddi hazırlaşırıq və hədəfimiz matçdan 3 xalla ayrılmaqdır.
 
- Sənin üçün hansı mövqedə oynamaq daha rahatdır?

- Hücum etməkdən çox müdafiə olunmağı xoşlayıram. Amma irəlidə də rahat oluram.

- Keçmiş komandan “Mursiya”da ən çox yaddaşında qalan, unutmadığın, eniş nöqtən kimi hesab etdiyin xatirən hansı olub?

- Zədələnməyim. Bu mənim karyeramda ən arzulamdığım hadisə oldu. Belə bir hadisəni heç düşmənimə də arzulamıram. Çünki futbolçunun psixoloji olaraq ən çox əziyyət çəkdiyi vaxt zədələndiyi zamandır.

- Sənə İspaniya, İngiltərə və İtaliyadan təkliflər var idi. Gələcəkdə İspaniyadan kənarda oynamağı fikirləşirsənmi?

- Bəli. “Qranada” ilə müqavilə imzalamamışdan öncə İngiltərədən sərfəli təklif gəlmişdi. Gələcəkdə də İspaniyadan kənarda oynamağı istəyərəm. Premyer Liqa klubları mənimlə maraqlanırdılar, lakin “Qranada”nın təklifi daha məqsədə uyğun hesab elədim və hazırda burada xoşbəxtəm.

- Hansı ölkənin millisində debüt etməyi istəyirdin?

- İspaniya millisinin. Lakin onlar bunun üçün mənə müraciət etmədilər. Azərbaycan milli komandasını mənimlə çox maraqlandı. Mən də gələcəkdə hər zaman oynaya biləcəyim, karyeram üçün uğurlu olacaq millini seçdim. Onların mənə etdikləri təkliflər də olduqca yaxşı idi. Bu səbəbdən də qərarım Azərbaycan milli komandası oldu.

- 2017-ci ilə qədər “Mursiya” ilə müqavilən var. Gələcəyini harada görürsən?

- Gələcək mövsümdə də özümü “Qranada” da düşünürəm. Ümid edirəm ki, gələcək qarşılaşmalarda komandama daha çox xeyir verərəm. Mən burada çox xoşbəxtəm və uzun illər komandada qalmaq istəyirəm.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right