“Qarabağ” millimizin üzvünü transfer etdi

“Qarabağ” növbəti transferini həyata keçirib.

Newsport.az-ın məlumatına görə, sonuncu Azərbaycan çempionu istedadlı yarımmüdafiəçi Rafael Məhərrəmlini rənglərinə bağlayıb. Ötən il “Keşlə” ilə Azərbaycan Kubokunu qazanmış Məhərrəmli “Qarabağ”da 88 nömrəli formanı geyinəcək. 

Qeyd edək ki, Məhərrəmli "Keşlə"nin yetirməsidir.  

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right