Ruslan Əmircanovun yeni iş yeri müəyyənləşdi

Azərbaycan milli komandasının sabiq üzvü Ruslan Əmircanov karyerasını "Keşlə" klubunda davam etdirə bilər.  

Newsport.az-ın məlumatına görə, müdafiəçi paytaxt təmsilçisinin düşərgəsinə baxışa yollanıb.  33 yaşlı futbolçu ilə bağlı yekun qərarı məşqçilər korpuusu yaxın günlərdə verəcəklər.  Əmircanov özünü yaxşı tərəfdən göstərə bilsə, klub onunla mövsümün sonuna qədə sözləşmə imzalayacaq.  

Qeyd edək ki, Əmircanovun son klubu "Səbail" olub. O, karyerası ərzində "Ümüm", "Ədliyyə", "Karvan", "Standart", "Neftçi", "İnter" (indiki "Keşlə"), "Qəbələ" və AZAL kimi komandalarda forma geyinib.   

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right