UEFA “Qarabağ” – “Levski” oyunu ilə bağlı araşdırmalara başladı

Antalyada təlim-məşq toplanışı çərçivəsində "Levski"yə 0:3 hesabı ilə məğlub olan "Qarabağ"ın matçı bukmekerləri şübhəyə salıb.

Bolqarıstan  mətbuatı bu barədə məlumat yayıb.

Məlumatda bildirilir ki, "Levski" ilə yoxlama görüşünün öncədən türk hakimə tapşırılıb, amma görüşün başlamasına saatlar qalmış təyinat dəyişdirilərək Ömər Paşayevə verilib.  Bundan əlavə görüşün ilk dəqiqələrində "Qarabağ"ın qapısına təyin olunmuş penatlidə İbrahim Şehiç, rəqib futbolçulara hara tullanacağını işarə edib. Bunları əsas gətirən Avropa və Asiya bukmeker kontorları UEFA-dan araşdırma aparmasını tələb ediblər.

UEFA bukmekerlərin bu tələbindən sonra araşdırmalara başlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right