"Qarabağ" "Legiya" ilə oyuna hazırdır

Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" klubu hazırlıqlarını davam etdirir.

Ağdam təmsilçisi bu gün səhər saatlarında yoxlama oyunu öncəsi son məşqinə çıxıb.

90 dəqiqə davam edən məşqdə oyunçular isinmə hərəkətlərinin ardından iki qrupa bölünərək futbol oynayıblar.

Qeyd edək ki, "Qarabağ" sabah növbəti yoxlama oyununu keçirəcək. Qurban Qurbanovun komandasının rəqibi son Polşa çempionu "Legiya" klubu olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right