"Rəvan"dan inamlı qələbə

"Rəvan” qış hazırlığı çərçivəsində 3-cü yoxlama oyununu keçirib. "Aslanlar”ın növbəti rəqibi Qusarın "Şahdağ” klubu olub.

"Bayıl Arena”da baş tutan görüş Ramil Əliyevin rəhbərlik etdiyi kollektivin inamlı qələbəsi ilə yekunlaşıb – 4:1.

"Rəvan” bu oyunla təlim-məşq toplanışının ilk mərhələsini tamamlayıb. "Sarı-qırmızılıar” hazırlığı Salyan şəhərində davam etdirəcək. Yanvarın 27-dən etibarən Salyan Olimpiya İdman Kompleksinə məskunlaşacaq komanda fevralın 8-də paytaxta dönəcək.

Yoxlama oyunu
Rəvan - Şahdağ 4:1
Qollar: Anar Həsənov, 20; Əli Bağırov, 38; Amil Yunanov, 52; Vüsal Qarayev, 83.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right