"Qəbələ" Macarıstan klubunu məğlub etdi

Antalyada təlim-məşq toplantısında olan "Qəbələ" növbəti yoxlama oyununa çıxıb.

Qriqoruçukun başçılıq etdiyi komanda Macarıstan çempionatının yüksək liqasında mübarizə aparan “Haladaş”la qarşılaşıb və cavabsız qollarla qalib gəlib.

Qeyd edək ki, "Qəbələ" bundan əvvəlki yoxlama oyunlarında Hollandiyanın PSV klubunun ikinci komandası ilə (0:0), Türkiyənin "Əskişəhərspor" (1:3) və "Adanaspor" (3:2), Ukraynanın "Vorskla" (2:1) və Rusiyanın "Kuban" (0:2) klubları ilə qarşılaşıb.

Yoxlama oyunu

25 yanvar

19:00. "Qəbələ" - "Haladaş" 2:0
Qol: V.Mendi, 27, Emin Zamanov, 69





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right