"Keşlə"də serbiyalı yarımmüdafiəçi

"Keşlə" baxışa yeni futbolçu çağırıb.

Newsport.az saytının məlumatına görə, serbiyalı yarımmüdafiəçi Nikola Mitroviç hazırda paytaxt təmsilçisinin düşərgəsindədir. Mladen Milinkoviçin istəyilə baxışa cəlb olunan 31 yaşlı futbolçu ilə bağlı yaxın günlərdə qərar veriləcək. Onunla rəsmi müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, son olaraq Polşanın "Visla" klubunda çıxış edən Mitroviç müxtəlif illərdə "Partizan", "Uypeşt", "Makkabi" (Təl-Əviv) və "Anortosis" kimi komandaların da formasını geyinib. Təcrübəli yarımmüdafiəçi Serbiya millisinə də dəvət alıb və cəmi 1 oyunda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right