"Qəbələ"nin baş məşqçisi və futbolçusuna UEFA-dan sərt cəza

UEFA “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov və müdafiəçisi Təmkin Xəlilzadəni sərt şəkildə cəzalandırıb.

Newsport.az-ın məlumatına görə, "qırmızı-qaralar"ın Avropa Liqasının I təsnifat mərhələsində "Proqress"lə cavab oyununda rəqibə zərbə endirdiyi üçün meydandan qovulan Təmkin Xəlilzadə 4 oyun avrokuboklarda iştirak etməyəcək.Sənan Qurbanov isə tenixiki zonanı tərk edərək, hakimə etiraz etdiyi üçün 2 oyunluq cəzalandırılıb.

Qeyd edək ki, "Qəbələ" Proqres"ə evdə 0:2 hesabı ilə uduzmuşdu. Səfərdə 1:0 hesablı qələbə qazanan bölgə klubu mübarizəni dayandırmışdı.

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right