Azərbaycanlı futbolçu Litva klubu ilə müqavilə imzaladı

2015-ci ildən "Kəpəz"in uğurları üçün çalışan Tural Rzayevin yeni komandasının adına aydınlıq gəlib.  

Newsport.az-ın məlumatına görə, 24 yaşlı futbolçu legioner həyatı yaşayacaq.  O, Litvanın A Liqasında mübarizə aparan "Yonava" klubu ilə münasibətlərini rəsmiləşdirib.  Hücumameyilli yarımmüdafiəçi yeni klubu ilə 1 illik sözləşmə imzalayıb.  Rzayev "Yonava"da 10 nömrəli forma altında çıxış edəcək.  

Tural kayerası ərzində "Ağsu" və "Zirə" kimi komandalarda forma geyinib.  

Qeyd edək ki, "Yonava" bir müddət öncə istedadlı futbolçumuz, "Qəbələ" Futbol Akademiyasının yetirməsi Kamran Quliyevlə 2,5 illik müqavilə imzalayıb.  

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right