Ruslan Abışov avqustun ilk günündə əməliyyat olunacaq

Azərbaycan milli komandasının vitse-kapitanı, “Neftçi”nin əsas kapitanı Ruslan Abışovun əməliyyatı ilə bağlı detallara aydınlıq gəlib.

Newsport.az-ın məlumatına görə, Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Uypeşt”ə qarşı keçirilən matçda xəsarət alan oyunçu bu gün Almaniyaya yollanır. Oyunçu 1 avqust tarixdə adıçəkilən ölkədə əməliyyat olunacaq. Futbolçunun həftəsonu vətənə qayıdacağı gözlənilir.

Əməliyyatdan sonra həyata keçiriləcək bərpa prosesindən sonra Abışovun yaşıl meydanlara nə vaxt qayıdacağı məlum olacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right