"Qarabağ"ın 170 min avroluq transferi

Qarabağ” “Bursaspor”un futbolçusu Con Delarqenin transferini yekunlaşdırıb. 

Newsport.az-ın məlumatına görə, Ağdam təmsilçisi konqolu hücumçunun keçidində "yaşıl timsahlar"la razılıq əldə edib. 28 yaşlı forvardın transferi üçün "Qarabağ" 170 min avro təzminat ödəyəcək. Delarqe yaxın günlərdə Bakıya gələcək və müqavilə imzlayacaq. Müqavilə iki illik nəzərdə tutulub.

Qeyd edək ki, Delarqe "Dunayska Streda", "Slovan Liberets", "Admira" və "Osmanlıspor" kimi klublarda çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right