Dani Kintananın durumuna aydınlıq gəldi

“Qarabağ”ın “Olimpiya” ilə cavab matçında zədələnən futbolçusu Dani Kintananın durumuna aydınlıq gəlib.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, ispan yarımmüdafiəçi tibbi müayinədən keçib. Əzələsində dartınma olan futbolçunun bir həftə sonra fərdi məşqlərə başlayacağı ehtimal olunur.

“Qarabağ” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Sloveniya “Olimpiya”sını iki oyunun nəticəsinə görə mübarizədən kənarlaşdırıb.

"Köhlən atlar" ÇL-in 2-ci təsnifat mərhələsində "Kukesi" ilə (Albaniya) qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right