"Sabah"ın Türkiyədə daha iki rəqibi bəlli oldu

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Sabah”ın hazırlıq çərçivəsində qarşılaşacağı daha iki rəqib bəlli olub.

Newsport.az-ın məlumatına görə, Premyer Liqanın yeni təmsilçisi iyulun 21-də Türkiyənin “Osmanlıspor”, iyulun 25-də isə İranın “Traktor Sazi” klubunun U-23 komandası ilə üz-üzə gələcək.

Xatırladaq ki, “Sabah” Boludakı ilk yoxlama oyununda “Giresunspor”la qarşılaşıb (1:1). Paytaxt klubu təlim-məşq toplanışı çərçivəsində son matçını iyulun 28-də, Türkiyə Super Liqa təmsilçisi “Alanyaspor”a qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right