Antalya hazırlığını davam etdirən “Neftçi”nin əvəzedici komandası ikinci yoxlama oyununu keçirib.
Newsport.az klubun saytına istinadən xəbər verir ki, gənclər Rusiyanın “Rubin-2” klubu ilə qarşılaşıb. Görüş əvəzedicilərimizin 1:4 hesablı məğlubiyyəti ilə nəticələnib.
Qeyd edək ki, "Neftçi" bundan əvvəl Braziliyanın “Sao Karlos” klubu ilə üz-üzə gəlmişdi (1:3).