Robert Prosineçki: "Lazım olan bütün məlumatlar əlimdədir"

"Burada olduğum müddətdə xeyli məlumat əldə etmişəm. Antalyada hazırlıq keçən klublarımızın hamısının məşqlərini və oyunlarını izləmişəm. Təbii ki, fasilədən sonra komandalar heç də ideal formada olmurlar. Tədricən onlar formalarını bərpa edəcəklər".

Newsport.az-ın məlumatına görə, bu sözləri milli komandamızın baş məqşçisi Robert Prosineçki deyib. Antalyada təlim-məşq toplanışında olan klublarımızın məşq prosesini və yoxlama oyunlarını izləyən xorvatiyalı mütəxəssis fikirlərini affa.az saytına açıqlayıb:
 
"Hələ ki gördüklərimdən razıyam. Oyunçular məşqlərdə və oyunlarda həvəslə çalışırlar. Oyunlarda əllərindən gələnin ən yaxşısını etməyə cəhd edirlər. Burada gördüklərim millinin oyun keyfiyyətini artıra biləcəyimizə zəmin yaradır. Azərbaycandan kənarda çıxış edən bəzi futbolçuların oyunlarını canlı izləməsəm də, əksəriyyəti haqda məlumatım var. Kimin nəyə qadir olduğunu bilirəm. Çünki lazım olan bütün məlumatlar əlimdədir".
 
Prosineçki millinin qapılarının hər kəsin üzünə açıq olduğunu bildirib: "Bir məsələyə də toxunum. Milliyə dəvət edəcəyim futbolçunun yaşı önəmli deyil. Həm gənclərə, həm də təcrübəlilərə özünü göstərmək şansı verəcəyəm. Əsas futbolçunun yaşı yox, hansı formada olmasıdır. Oyunları tək mən yox, köməkçilərim də izləyirlər. Çünki mənim hər oyuna getməyim qeyri-mümkündür. Buna zamanım yetməz".

Prosineçki millinin qarşıdakı yoldaşlıq matçı haqda da danışıb: "Millinin toplanışı ərzində keçirəcəyimiz yoldaşlıq oyunu ilə bağlı rəqib axtarışı davam edir. Bildiyiniz kimi, oyunumuz FIFA-nın rəsmi yoldaşlıq oyunları gününə təsadüf etmir. Buna görə də rəqib tapmaq bir qədər çətindir. Amma rəqib tapıb yoldaşlıq oyunu keçirəcəyik". 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right