Vaqif Cavadov yenə Türkiyədə oynayacaq

Türkiyənin “Qaziantep BB” klubundan ayrılan Vaqif Cavadov karyerasını yenə qardaş ölkədə davam etdirəcək. 

Newsport.az-ın məlumatına görə, millimizin üzvü PTT I Liqada mübarizə aparan “Boluspor”a keçir.

Həmkarlarımız Cavadovun meneceri ilə birlikdə səhər saatlarında Boluya getdiyini və danışıq masası arxasında əyləşdiyini yazıblar. Hazırda tərəflər arasında danışığın davam etdiyi bildirilir. Bir dəyişiklik olmasa, Vaqif “Boluspor”la rəsmi müqaviləyə qol çəkəcək. Onun yeni klubu ilə neçə illik sözləşmə imzalayacağı hələlik açıqlanmır.

Qeyd edək ki, Vaqif yayda transfer olunduğu “Qaziantep BB”nin heyətində ümumilikdə 21 oyunda çıxış edib və 3 qola imza atıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right