AFFA-nın təşkil edəcəyi yeni turnir “Bakcell U-14 Elit Kuboku”nun püşkü atılıb.
Newsport.az-ın məlumatına görə, püşk atılmazdan öncə turnir haqda qısa məlumat verilib.
Qeyd olunub ki, “Bakcell U-14 Elit Kuboku” artıq üçüncü ildir keçirilir və ikinci dəfədir ki, Bakcell şirkəti turnirə sponsorluq edir. “Bakcell U-14 Elit Kuboku”nda oyunlar mərkəzləşdirilmiş qaydada Bakı şəhərində keçirilir. Turnirin əsas məqsədi liqalarda yaranan qış fasiləsindən səmərəli istifadə, oyunçuların təcrübəsinin artırılması və müvafiq yaş qruplu yığma komandalara seçim imkanının genişləndirilməsidi.
Qeyd edək ki, ilk dəfə ötən il keçirilən “Bakcell U-14 Elit Kuboku”nun qalibi “Neftçi” olub.
A qrupu: “Bakı”, “Xəzər Lənkəran”, AZAL, Qərb Elit yığması
B qrupu: “Qəbələ”, “Qarabağ”, Şimal-Qərb Elit yığması, Mərkəz Elit yığması
C qrupu: “İnter”, “Rəvan”, Şimal Elit yığması, Cənub Elit yığması
D qrupu: “Neftçi”, “Sumqayıt”, “Vətən”, Naxçıvan Elit yığması