"Sumqayıt" I divizion təmsilçisi ilə qarşılaşacaq

"Sumqayıt" Futbol Klubu Premyer Liqa üçün təlim-məşq toplanışını davam etdirir. Aqil Məmmədovun rəhbərlik etdiyi komanda bu gün növbəti məşqinə çıxıb.

Komanda səhər məşqində daha çox fiziki çalışmalara üstünlük verib. "Sumqayıt" FK axşam "Kapital Bank Arena"da növbəti məşqinə çıxacaq. Komanda hazırlıq mərhələsi çərçivəsində növbəti yoxlama oyununu yanvarın 23-də 1-ci divizion təmsilçisi "Zirə"yə qarşı keçirəcək.

Həmin qarşılaşma saat 16:00-da "Kapital bank Arena"da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right