Millimizin üzvü İspaniya klubuna transfer oldu

Futzal üzrə Azərbaycan millisinin üzvü Oliveyra Vilyams De Nasçimento “Vassura” karyerasını İspaniyada davam etdirəcək.

 

Newsport.az xəbər verir ki, hücumçu Birləşmiş Ərəb Əmirliyinin “Al Dəfra” klubu ilə müqaviləsini yeniləməyib. 33 yaşlı oyunçu Saraqosanın “Rios Renovables” komandası ilə anlaşıb. Onun təqdimat mərasimi avqustun 21-də olacaq. 

 

Qeyd edək ki, Vassoura DÇ-2016 və AÇ-2018-in oyunlarında Azərbaycan yığmasının formasını geyinib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right