"Günbəgün ideal formanı yığırıq" – Ruslan Qurbanov

"Matç təkcə mənim üçün yox, bütün komanda üçün uğurlu alındı.  "Oyunda sürət var idi, yaxşı oynadıq. Sevinirəm ki, qələbə qazana bildik".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin hücumçusu Ruslan Qurbanov Ukraynanın "Volın" klubuna 4:3 hesabı ilə qalib gəldikləri yoxlama matçından sonra deyib.

O, ideal formanı yığmağa başladıqlarını bildirib:

"Cəmi bir yoxlama görüşümüz qalıb, daha sonra çempionata hazırlıq başlayır. Günbəgün ideal formanı yığırıq. Ümid edirəm ki, mövsümün ikinci hissəsinə yaxşı başlayacağıq, özümüzü yaxşı tərəfdən göstərəcəyik".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right