"Əvvəlki matça nisbətən daha nizamlı oynadıq. Çox güclü rəqibə qarşı mübarizə apardıq. Əsas məqsədimiz hər keçirdiyimiz yoxlama görüşlərindən sonra komandanı yaxşı vəziyyətə gətirməkdir. Çalışırıq ki, komanda çempionata kimi tam hazır olsun".
Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İsveçrənin "Sürix" klubu ilə heç-heçə etdikləri matçdan (1:1) sonra deyib.
O, komandasının bərabərlik qolunu vuran zədəli futbolçusu Reynaldonun son durumu haqda da danışıb:
"Reynaldoda irəliləyiş var. O, zədəsini sağaltmaq üzrədir. Reynaldonu son on dəqiqədə meydana ona görə buraxdım ki, yavaş-yavaş formasını bərpa etsin".(qol.az)