"Simurq" Rumıniya klubu ilə bərabərə qaldı

Antalyada təlim-məşq toplanışını davam etdirən “Simurq” bu gün növbəti yoxlama matçını keçirib.

Newsport.az-ın məlumatına görə,  Zaqatala təmsilçisi Rumıniyanın “Astra” klubu ilə qüvvəsini sınayıb.  Bu oyunda hesab açılmayıb - 0:0.

Qeyd edək  ki, Rumıniyanın əsas liqasında  mübarizə aparan “Astra” turnir çədvəlinin 4-cü pilləsində qərarlaşıb. 

Xatırladaq ki, “Simurq” ilk yoxlama görüşündə Qazaxıstan “Şaxtyor”una 3:1 hesabı ilə qalib gəlib, Almaniyanın “Duysburq” klubuna 1:4, Qazaxıstanın “İrtış" klubuna isə 0:3 hesabı ilə uduzub.



 

21 yanvar

Yoxlama görüşü

18:00.“Simurq” (Azərbaycan) – “Astra” (Rumıniya) - 0:0 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right