Antalyada təlim-məşq toplanışını davam etdirən “Xəzər Lənkəran” bu günnövbəti yoxlama matçına çıxacaq.
Newsport.az-ın məlumatına görə, Elbrus Məmmədovun rəhbərlik etdiyi komanda Rumıniyanın ”Universitatya” klubu ilə qüvvəsini sınayacaq.
Görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Qeyd edək ki, “Universitatya” Rumıniya çempionatında turnir çədvəlinin 6-cı sırasında qərarlaşıb.
Xatırladaq ki, “Xəzər Lənkəran” ilk yoxlama oyununda “Təkirdağspor”la 2:2 hesablı heç-heçə edib. İkinci oyunda Almaniya III Bundesliqa təmsilçisi “Kemnitser”ə uduzan (0:2) cənub təmsilçisi üçüncü matçında Ukrayna “Metallurq”una məğlub olub – 1:2.
21 yanvar
Yoxlama oyunu
19:00.“Xəzər Lənkəran” (Azərbaycan) - "Universitatya” (Rumıniya) - 0:3