Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisi son mövsümü "Kəpəz"in heyətində keçirən İqor Korotetskini "Sabah"la yoxlama görüşündə sınayıyb. Ukraynalı futbolçunun durumu məşqçilər korpusunu qane edib. Bu barədə saytımıza "aslanlar"ın baş məşqçisi Aftandil Hacıyev açıqlamasında deyib. Tərəflər arasında kiçik detallar da həllini tapdıqdan sonra transfer rəsmiyyətə qovuşacaq.
"Səbail" İqor Korotetski ilə yanaşı, braziliyalı Lukas Da Silva Nasimento və ukraynalı Hleb Xruşovla da bağlı qərar verib. Hacıyevin sözlərinə görə, Lukas Da Silvanın əvəzinə daha səviyyəli legioner axtaracaqlar. Hleb Xruşov isə çox gənc olduğu və Premyer Liqada oynamağın onun üçün çətin olacağı üçün göndərilib.
İqor Korotetski ölkəsinin "Şaxtyor", "Metallurq", "Zarya" kimi klublarında oynayıb.
Qeyd edək ki, "Səbail" yay transfer dönəmində Rahid Əmirquliyev, Ağabala Ramazanov, Şəhriyar Rəhimov, Ruslan Qurbanov və Vüqar Bəybalayevı transfer edib.