Təlim-məşq toplanışını ölkə daxilində davam etdirən AZAL-ın daha bir rəqibinin adına aydınlıq gəlib.
Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “təyyarəçilər” I divizion təmsilçisi “Şuşa”nı sınağa çəkəcəklər.
Bu qarşılaşma yanvarın 24-də “AZAL Arena”da baş tutacaq. Amma buna qədər AZAL Premyer Liqanın digər təmsilçisi “Bakı” ilə üz-üzə gələcək. AZAL – “Bakı” matçı isə sabah keçiriləcək.
Qeyd edək ki, qış toplanışı çərçivəsində indiyə qədər 3 yoxlama görüşü keçirən AZAL ilk 2 matçda “Qaradağ Lökbatan” (2:2) və “Sumqayıt”la (0:0) heç-heçə etmiş, yanvarın 19-da isə “Sumqayıt”a (1:0) qalib gəlmişdi.