Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.
Newsport.az-ın xəbərinə görə, millimiz BƏƏ-nin çempionu Dubayın "Al Ahli" klubu ilə qarşılaşıb. Qarşılaşma 3:1 hesabı ilə komandamızın xeyrinə yekunlaşıb."Al Ahli" klubunun qapısından topları Sabir Allahquliyev (2) və Ramil Əliyev(1) keçirib.