Kiyev "Dinamo"sunun sabiq üzvü ilə Aleksandr Əliyev karyerasını Azərbaycanda davam etdirə bilər.
Newsport.az-ın məlumatına görə, bu haqda Ukrayna mətbuatı məlumat yayıb. Həmkarlarımız təcrübəli futbolçunu transfer etmək istəyən klubumuzun adını açıqlayıb. iddiaya görə, "Qarabağ" Azərbaycan əsilli yarımmüdafiəçini heyətinə qatmaq istəyir.
Ancaq Əliyevi istəyən təkcə Ağdam klubu deyil. "Kasımpaşa" da pleymeykerin xidmətində maraqlıdı. Əliyevin bu iki klubdan birini seçəcəyi istisna olunmur. Yaxın günlərdə onun yeni ünvanı müəyyənləşəcək.