“Qəbələ”nin əvəzedici komandası Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışında ikinci yoxlama oyununu keçirib.
Newsport.az-ın klubun saytına istinadən yaydığ xəbərə görə, ilk sınağında Qazaxıstanın “Tobol” klubunun əvəzediciləri ilə üz-üzə gələn (0:2) Luis Araqonun komandası bu dəfə Almaniya 5-ci divizionunda mübarizə aparan "Freyberq"lə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatb.
Qeyd edək ki, matç 20 yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Komanda oyuna qara sarğı ilə çıxıb.