Bu gün səhər məşqindən öncə "Xəzər Lənkəran"ın məskunlaşdığı otelin akt zalında futbolçulara 25 il öncə baş vermiş 20 Yanvar faciəsi haqqında məlumat verilib.
Newsport.az-ın məlumatına görə, "Xəzər Lənkəran"ın idman direktoru Yunis Hüseynov çıxışında həmin gün baş verənlərlə bağlı xatirələri danışaraq bu şərəfli günün tarix boyu xalqımızın yaddaşından silinməyəcəyini vurğulayıb. Daha sonra səhər məşqində toplanışda iştirak edən bütün heyət meydanda şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib.