Elvin Yunuszadə: Bütün oxlar daşa dəydi!

Yay fasiləsi başlanan kimi “Qarabağ”ın vidalaşdığı oyunçulardan biri Elvin Yunuszadə oldu.

Newsport.az-ın məlumatına görəBədavi Hüseynovun geri dönməsi, Yakub Jezniçakın  zədəsini sağaltması, Rəşad Sadıqovun yeni müqaviləyə qol çəkməyə razılıq verməsi onsuz da mövsümboyu tez-tez “radar”a düşmüş Elvin Yunuszadənin gedəcəyini şərtləndirən amillər idi. Elvin “Qarabağ”dan getdikdən sonra adı “Qəbələ” və “Keşlə” ilə birgə hallandı. Amma bu komandalarla danışıqlar heç bir halda rəsmiyyətə yaxın gəlmədi. Bizdə olan məlumata görə, digər klublar da onun xidmətində maraqlı deyillər. 

Türkiyədə oynamaq ehtimalı olan Yunuszadə hazırda Bakıdadır. Heç bir yerli klubla danışıq aparmayan oyunçu günlərini istirahətə həsr edir. 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right