Antalyada təlim-məşq toplanışını davam etdirən Bakı “İnter”i bu gün növbəti yoxlama oyununa çıxacaq.
Newsport.az-ın məlumatına görə, Kaxaber Sxadadzenin komandası Ukrayna “Metallist”i ilə qüvvəsini sınayacaq.
Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qeyd edək ki, “İnter” daha öncə Türkiyənin “İnegölspor” klubuna 4:1, Qazaxıstan “Kayrat”ına 3:1 hesabı ilə qalib gəlib. Almaniyanın “Energi” klubu ilə görüşdə isə 1:1 hesablı bərabərlik qeydə alınıb.
20 yanvar
Yoxlama oyunu
17:00. “İnter” (Azərbaycan) – “Metallist” (Ukrayna) - 1:1
Qollar: Bobko, 25 (0:1), Yohan Bokonyano, 30 (1:1)