“Kəpəz”dən ayrılan futbolçu Premyer Liqa klubunda

Ötən mövsümün ikinci yarısını Gəncənin “Kəpəz” klubunun heyətində keçirən Sergey Litovçenkonun yeni iş yeri yaxın günlərdə bəlli ola bilər.

Newsport.az-ın məlumatına görə, ukraynalı qolkiper karyerasını ölkəsində davam etdirməyə yaxındır. 

“Sarı-göylər”dən azad agen kimi arılan qolkiper “Olimpik” klubunun düşərgəsində baxışdadır. O, Premyer Liqa təmsilçisinin “Obolon”a qarşı keçirdiyi yoxlama görüşündə meydanda olub.  Məşqçilər korpusu 30 yaşlı qolkiperlər bağlı yekun qərarı yaxın günlərdə verəcəklər. 

Qeyd edək ki, Litovçenko qış transfer dönəmində “Dinamo”dan (Tbilisi) “Kəpəz”ə transfer olunub.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right