Antalyada təlim-məşq toplanışında olan “Neftçi” bu gün növbəti yoxlama oyununu keçirəcək.
Newsport.az-ın məlumatına görə, Arif Əsədovun komandası Çinin “Quizhou Rehne” klubu ilə qarşılaşacaq.
Bakı vaxtı ilə saat 19:00-da başlanacaq qarşılaşmadan öncə 20 yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək və futbolçular oyuna qara sarğı ilə çıxacaq.
Qeyd edək ki, ilk yoxlama matçında Səudiyyə Ərəbistanın “Hajer” klubuna 3:1 hesabı ilə qalib gələn "Neftçi" son oyununda Türkiyə təmsilçisi "Kayseri Erciyesspor"la 0:0 bərabərə qalıb.
20 yanvar
Yoxlama oyunu
19:00. "Neftçi" (Azərbaycan) - "Elazığspor" (Türkiyə) 0-1
Qol: Franko Dario Kangele, 44 (0:1)