“Xəzər Lənkəran” dəniz kənarında məşq etdi FOTOLAR

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Xəzər Lənkəran" hazırlığını davam etdirir. 

Newsport.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, "Metallurq"la yoxlama görüşündən sonra 1 gün istirahət edən təmsilçimiz bugün məşqlərini bərpa edib.

Günün ilk məşqini dəniz kənarında reallaşdıran baş məşqçi Elbrus Məmmədov günün ikinci hazırlığını meydançada təşkil edəcək.

Hazırda komanda üzvlərindən mərkəz müdafiəçisi Rasim Ramaldanov zədədən əziyyət çəkir. Bakıda müalicə alan oyunçunun düşərgəyə nə vaxt qoşulacağı bəlli deyil.



























Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right