2018/2019 mövsümündə “Sumqayıt”a rəhbərlik edəcək Nazim Süleymanovun köməkçilərindən biri müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, Emil Babayev qapıçılar üzrə məşqçi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, 37 yaşlı mütəxəssis 2008-2009-cu illər ərzində "Neftçi"nin əvəzedici komandası, 2009-2011 "Rəvan", 2012-2015 "Simurq", 2016-2018-ci illər ərzində isə Moskva MOİK-nin Futbol Akademiyasında çalışıb. Babayev həmçinin 2008-2011 U-15 və U-17 yığmalarımızda da işləyib.