"Kəpəz"dən ayrılan futbolçu "Keşlə"nin düşərgəsində

Son mövsümü "Kəpəz"in heyətində keçirən Kamran Abdullazadənin yeni klubu yaxın günlərdə müəyyənləşə bilər.

Newsport.az-ın məlumatına görə, gənc oyunçu paytaxtın "Keşlə" klubunun düşərgəsindədir.  

"Xəzər Lənkəran"ın yetirməsi Ölkəmizi Avropa Liqasında təmsil edəcək klubun düşərgəsinə baxışa yollanıb.  23 yaşlı oyunçu özünü yaxşı tərəfdən göstərə bilsə, klubla münasibətlərini rəsmiləşdirəcək. Onunla yanaşı, "Xəzər Lənkəran"n digər yetirməsi, "Neftçi"dən ayrılan Elnur Cəfərov da bakılıların düşərgəsindədir. 

Qeyd edək ki, Kamran Abdullazadə "Xəzər Lənkəran", "Sumqayıt" və "Kəpəz" kimi klublarda forma geyinib.  

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right