Topaz Premyer Liqası klublarının təlim-məşq toplanışını izləmək üçün Türkiyənin Antalya şəhərində olan Azərbaycan milli komandasının və U-21 yğmasının məqşçilər korpusu, həmçinin AFFA-nın Məşqçilər Komitəsinin üzvləri “Qaziantep B.Ş. BLD.Spor” – “Giresunspor” qarşılaşmasını, “Qarabağ”, “Qəbələ”, “İnter” və “Simurq” klubunun, habelə Azərbaycan U-16 yığmasının keçirdiyi yoxlama oyunlarını izləyib, eləcə də “Neftçi”, “Simurq”, “İnter” və “Xəzər Lənkəran” klublarının məşqçiləri və rəhbər şəxsləri ilə görüş keçiriblər.