“Qəbələ” Sloveniya toplanışına start verdi

2018/19 mövsümünə hazırlığını davam etdirən “Qəbələ” Sloveniya toplanışına start verib.

Newsport.az-ın məlumatına görə, bir həftəlik Qəbələ toplanışının ardından Sloveniyaya yollanan "qırmızı-qaralar" Moravske Toplitse bölgəsində "Hotel Ajda"da məskunlaşıblar.

Sənan Qurbanovun komandası ilk günü bir məşqlə tamamlayıb. Günün ikinci yarısında baş tutan məşqə fiziki təmrinlərlə başlayan komanda üzvləri, daha sonra toplu çalışmalar yerinə yetiriblər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right