"Düşündüm ki, mənim üçün uyğun komandadır" Xorvatiyalı futbolçu

“Neftçi” böyük klubdur. Mənim üçün yaxşı şansdır. Əlimdən gələni edəcəm ki, uğurlar qazanım”.
 
Newsport.az xəbər verir ki, bu sözləri “Neftçi”nin yeni transferi Slavko Braliç deyib.  Xorvatiyalı futbolçu "Neftçi"ni seçməyinin səbəbini açıqlayıb: “Neftçi”nin böyük planları var idi. Rəhbərliklə danışdım və düşündüm ki, mənim üçün uyğun komandadır”.
 
25 yaşlı müdafiəçi komandaların sayından asılı olmayaraq, çempionatda əllərindən gələni edəcəklərini deyib: “Komandaların sayının fərqi yoxdur. Əlimizdən gələni edəcəyik. Bu həm mənim, həm də komanda üçün yaxşı olacaq”.
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right