Dabo “Qəbələ”yə təşəkkür etdi: “Sizi heç vaxt unutmayacam”

Azərbaycan çempionatının bombardiri Baqali Dabo “Qəbələ” klubuna təşəkkür edib.

Newsport.az-ın məlumatına görə, “qırmızı-qaralar”ı “Neftçi”yə dəyişən fransalı hücumçu kluba uğurlar arzulayıb. 

O, “Qəbələ”yə gələcək qarşılaşmalarda uğurlar arzulayıb, əvvəlki oyunu sərigələyəcəklərinə inandığını bildirib.  Dabo “Qəbələ”ni heç vaxt unutmayacağını sözlərinə əlavə edib. 

Qeyd edək ki, Dabo ötən gün “Neftçi” ilə iki illik müqavilə imzalayıb. O, öncə “Qəbələ” ilə razılıq əldə etdiyini açıqlasa da, sonradan qərarını dəyişib. 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right