“Ərciyəssəpor”un baş məşqçisi: “Neftçi” də yüksək səviyyədə olan futbolçular var."

"Adından da bəlli olduğu kimi bu hazırlıq matçıdır. Gələn həftə bizdə superliqanın oyunları başlayır. Hazırlıq oyunları gələcək üçün çox önəmlidir”.

Newsport.az-ın məlumatına görə, bu sözləri Türkiyənin “Ərciyəssəpor” klubunun baş məşqçisi Mehmet Özdilək “Neftçi” ilə yoxlama matçından (0:0) sonra deyib.

Türkiyəli mütəxəssis “Neftçi” və ümumi Azərbaycan futbolu haqda xoş sözlər deyib:“Bu gün hər iki komanda üçün yaxşı bir məşq oldu. Hər iki tərəfin qol vəziyyətləri oldu. Matçda həm sürət, həm də mübarizə vardı. Azərbaycan komandaları və ölkə çempionatı getdikcə güclənir. Bu komandada da fərdi ustalığı yüksək səviyyədə olan futbolçular var."





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right