"Hazırlıq normal şəkildə davam edir. Çempionatın digər bölümünə ciddi hazırlaşırıq. Bilirik ki, həlledici oyunlar gözləyir bizi. Ona görə də ilk olaraq zədədən qorunaraq, maksimum gücümüzü ortaya qoymağa çalışırıq".
Newsport.az-ın məlumatına görə, bu sözləri "İnter"in yeni transferi Əfran İsmayılov deyib.
Komandaya yenicə qoşulan və mövsümün sonuna kimi komandayla müqavilə imzalayan yarımmüdafiəçi yayda "İnter"i tərk edəcəyini bildirib:
"Sxadadzeyə görə mən "İnter"ə gəldim. Ümumiyyətlə mənim müqaviləm yaya kimidi. Burda qalacağım real görünmür. Həm də Sxadadze "İnter"dən ayrılır. Böyük ehtimalla yayda "İnter"i başqa bir kluba dəyişəcəm".(idmanxeber.com)