Qurban Qurbanov: "Muaremlə bağlı danışıqlar hələlik dayandırılıb"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov futbolçusu Muarem Muaremin Türkiyənin "Eskişehirspor" klubuna mümkün keçidi barədə fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, təcrübəli mütəxəssis "Split"ə qarşı yoxlama matçından (1:3) sonra jurnalistlərlər söhbətində danışıqların hələlik dayandığını deyib:

"Hər şeyə yaxın günlərdə aydınlıq gələcək. Transferin rəsmiləşməsinə mane olan bəzi məsələlər var. Biz özümüz də onun Türkiyə superliqasında oynamasını istəyirik. Amma Muaremin komandamız üçün necə vacib futbolçu olduğunu da bilirik. Əsas heyətin oyunçusunu itirmək bizim üçün xoş deyil, ancaq Muarem yalnız iki klub arasında razılıq əldə olunacağı halda gedə bilər".

Q.Qurbanov yeni oyunçularla da maraqlandıqlarını söyləyib:

"Maraqlarımız uyğun gəlsə çalışacağık ki, minumum bir futbolçu transfer edək "





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right