Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Nikolay Adama Hindistan Futbol Federasiyasından təklif gəlib.
Newsport.az-ın məlumatına görə, almaniyalı mütəxəssis Hindistanın 17 yaşadək futbolçulardan ibarət millisimə baş məşqçi təyin olunacaq.
N.Adamın yaxın vaxtlarda danışıqlara yollanacağı bildirilir.
Qeyd edək ki, Nikolay Adam daha öncə Azərbaycanın U-17 yığmasında çalışıb. 2013-cü ilin sonlarında isə o, U-19 yığmasına baş məşqçi təyin olunub. N.Adamın rəhbərliyi altında yığma komanda bu il keçiriləcək. Avropa çempionatının elit mərhələsinə vəsiqə qazanıb və Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə keçirilmiş ənənəvi beynəlxalq turnirdə 5-ci yeri tutub.("The Times of İndia")