Əliyar Ağayev İsveçrəyə yollanacaq

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev İsveçrənin Nyon və Cenevrə şəhərlərində UEFA-nın təşkilatçılığı ilə elit və birinci kateqoriyaya daxil olan hakimlər üçün kursa dəvət alıb.

Newsport.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, avqustun 1-də start götürəcək kursda ilk dəfə iştirak edəcək.

Qeyd edək ki, Əliyar Ağayev bir neçə gün əvvəl UEFA tərəfindən birinci kateqoriyalı hakimlər siyahısına daxil edilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right