Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən Bakı "İnter"i bu gün növbəti yoxlama matçında qüvvəsini sınayacaq.
Newsport.az-ın məlumatına görə, Kaxaber Sxadadzenin komandası 4-cü yoxlama oyununda Türkiyə superliqa təmsilçisi "Kasımpaşa" ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, “İnter” Antalyada keçirdiyi ilk 3 yoxlama matçlarının heç birində uduzmayıb. “İnegölspor”u (Türkiyə) 4:1 və “Kayrat”ı (Qazaxıstan) 3:1 hesabı ilə məğlub edən Bakı klubu “Energi” (Almaniya) ilə bərabərə (1:1) qalıb.
17 yanvar
Yoxlama oyunu
18:00. "İnter" (Azərbaycan) - "Kasımpaşa" (Türkiyə) 3-1
Qollar: Junior Nildo, 10 (1:0), Məhəmməd Mirzəbəyov, 28 (2:0), Mikel Alvaro, 80 (3:1)