Antalyada təlim-məşq toplanışında olan "Qəbələ" klubu sabah iki yoxlama oyunu keçirəcək.
Newsport.az-ın məlumatına görə, "qırmızı-qaralar" əvvəlcə Türkiyənin birinci liqasında çıxış edən "Adanaspor"la qarşılaşacaq.
"Rəvan"ın sabiq baş məşqçisi Güvənc Kurtarın çalışdırdığı komanda ilə oyun Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
"Qəbələ" daha sonra Ukrayna Premyer Liqa təmsilçisi "Vorskla" klubu ilə oyunda qüvvəsini sınayacaq. Bu görüşün start fiti Bakı vaxtı ilə saat 19:00-da veriləcək.
Qeyd edək ki, ilk yoxlama oyununda PSV-nin ikinci komandası ilə 0:0 bərabərə qalan "Qəbələ" ikinci görüşündə Türkiyənin "Eskişehirspor" klubuna uduzub - 1:3.