"Keşlə" keçmiş futbolçusunu geri qaytardı

Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Keşlə" klubu ilk transferini həyata keçirib.

Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisi yerli futbolçu ilə güclənib.  

Bakılılar son iki mövsümü "Sumqayıt"ın heyətində keçirən Azər Salahlı ilə anlaşıb.  Cinah müdafiəçisi ilə rəsmi müqavilə imzalanıb.  

Qeyd edək ki, Salahlı "Keşlə"nin ("İnter") yetirməsidi. 24 yaşlı futbolçu son 3 mövsümü "Qarabağ" və "Sumqayıt"da keçirib.  

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right